RUSİYA

AP: Putinin Pekinə səfəri Çindən əhəmiyyətli dəstəyi göstərir

Putin "Bir kəmər, bir yol" proqramının yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edir və burada "Bir kəmər, bir yol" proqramının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək. Bu səfər Pekin tərəfindən Moskvanın iqtisadi və diplomatik dəstəyinin göstəricisidir.
Bu barədə Rusiya mediası "Associated Press" beynəlxalq informasiya və xəbər agentliyinə istinadən xəbər verib.
Politoloq Aleksandr Qabuyev "The Associated Press"ə müsahibəsində bildirib ki, Çin baxımından Rusiya "təhlükəsiz və dost olan qonşudur", həmçinin ucuz xammal mənbəyidir.
"Bu, dünya arenasında Çin təşəbbüslərinə dəstəkdir", - deyə Qabuyev vurğulayıb.
Politoloq Çini Rusiya üçün Rusiya mallarının əsas bazarı adlandıraraq qeyd edib ki, bu ölkə Moskvanın xarici dünya ilə ticarəti üçün öz valyutasını və ödəniş sistemini təmin edir, eyni zamanda mürəkkəb texnoloji idxalın, o cümlədən ikili məqsədli malların əsas mənbəyidir.
"Hər iki ölkə təhlükəsizlik baxımından özünü təmin edir və tərəfdaşlıqdan faydalanır, lakin heç birinin digər tərəfdən təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur. Onlar da strateji muxtariyyəti təbliğ edirlər", - deyə politoloq əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiya və Çinin sərhədlərinə yenidən baxılması məsələsinin necə həll olunduğunu deyərək bildirib ki, Moskva və Pekin münasibətləri xoşməramlılıq üzərində qurulduğu üçün müxtəlif məsələlərdə həmişə kompromis tapa biləcəklər.