DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Dövlət Departamenti Blinkenin adından yazılanları təkzib etdi

Departamentin rəsmi nümayəndəsi açıqlamada məlumatların səhv olduğunu və dövlət katibi Blinkenin konqresmenlərlə danışıqlarını əks etdirmədiyini bildirib.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. ABŞ Dövlət Departamenti “Politico” nəşrinin ABŞ dövlət katibi Antoni Blinkenin amerikalı konqresmenlərlə görüşündə Azərbaycanın yaxın həftələrdə Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etməsi barədə iddialarını təkzib edib.
ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Metyu Miller “Armenpress” agentliyinə verdiyi açıqlamada məlumatların “səhv” olduğunu və “dövlət katibi Blinkenin konqresmenlərlə danışıqlarını əks etdirmədiyini" bildirib.
Metyu Miller, arxiv şəkli
Daha əvvəl “Politico” qəzeti anonim mənbələrə istinadən yazıb ki, Blinken amerikalı konqresmenlərlə görüşündə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum etmə təhlükəsi barədə danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Biz Ermənistanla danışıqları bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik - Əmirbəyov