DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyada Türkiyə PUA-nı vuran ABŞ təyyarəsi İordaniyadan havaya qalxıb – mənbə

Oktyabrın əvvəlində Ankaranın mərkəzində Daxili İşlər Nazirliyinin binası yaxınlığında bir terrorçunun özünü partlatması ilə nəticələnən partlayışdan sonra Türkiyə təhlükəsizlik qüvvələri ölkə boyu "Qəhrəmanlar" antiterror əməliyyatını həyata keçirib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Suriyada türk pilotsuz təyyarəsini vuran ABş təyyarəsi İordaniyadan havaya qalxıb. Bunu Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib.
Bundan əvvəl KİV-də Türkiyəyə məxsus pilotsuz təyyarəni Suriyada vuran AB, təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Türkiyədəki İncirlik hərbi hava bazasından havaya qalxması ilə bağlı iddialar yer almışdı.

"Bu, təyyarənin İncirlikdən havaya qalxması ilə bağlı sırf fərziyyədir, belə bir şey yoxdur. Bizdə olan məlumata görə, təyyarə İordaniyadan havaya qalxıb", - agentliyin həmsöhbəti bildirib.

Oktyabrın əvvəlində Ankaranın mərkəzində Daxili İşlər Nazirliyinin binası yaxınlığında bir terrorçunun özünü partlatması, digərinin isə zərərsizləşdirilməsi ilə nəticələnən partlayışdan sonra Türkiyə təhlükəsizlik qüvvələri ölkə boyu "Qəhrəmanlar" antiterror əməliyyatını həyata keçirib. "A Haber" telekanalının verdiyi məlumata görə, terror aktına cəhdə görə məsuliyyəti Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) üzərinə götürüb. Bu hadisələrdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında və Suriyada PKK yaraqlılarının hədəflərinə hava zərbələri endirdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, ABŞ tərəfinin Suriyada türk pilotsuz təyyarəsini məhv etməsi Türkiyə ilə müttəfiqlik ruhuna uyğun gəlmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.