RUSİYA

Rusiya Prezidenti: Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir

Rusiya prezidentinin sözlərinə görə, çoxqütblü modeldə bir neçə artım mərkəzi fəaliyyət göstərir.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Dünya iqtisadiyyatı çoxqütblü modelə keçir.
Bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi"nin plenar iclasında çıxışı zamanı deyib.
Putinin sözlərinə görə, çoxqütblü modeldə bir neçə artım mərkəzi fəaliyyət göstərir. Hər bir ölkənin yeri, rolu və əhəmiyyəti onun dərin dönməz prosesləri dərk etməsi ilə müəyyən edilir.
"Rusiya iqtisadiyyatı da indi belə bir struktur transformasiya mərhələsindən keçir. Xarici ticarətin coğrafiyası, məşğulluq parametrləri və sənaye mənzərəsi dəyişir", - deyə Rusiya lideri plenar iclasda vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən VI "Rusiya Enerji Həftəsi" - Beynəlxalq Forumunda iştirak edir.
Forum çərçivəsində P.Şahbazovun "Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi" sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.