İDMAN

"Kəpəz" yeni qapıçı transfer edib

"Kəpəz"in yeni qapıçısı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında "Şaveş", "Eştoril" və "Sportinq Kovilya" klublarında oynayıb.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. "Kəpəz" klubu heyətini yeni qapıçı ilə gücləndirib. Gəncə təmsilçisindən verilən məlumata görə, portuqaliyalı İqor Rodriges "sarı-göylər"in formasını geyinəcək.
İyirmi səkkiz yaşlı qapıçı ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.
Onun son klubu ölkəsində "Feyrense" olub. O, Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında "Şaveş", "Eştoril" və "Sportinq Kovilya" klublarında oynayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.