DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda yük qatarı relsdən çıxıb

Otuz altı vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Ermənistanda gecə saatlarında yük qatarı relsdən çıxıb. Bu barədə "Cənubi Qafqaz Dəmir Yolları" QSC məlumat yayıb.
Otuz altı vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.
Təcili bərpa işlərinin iki gün ərzində başa çatdırılması planlaşdırılır.
İrəvan yaxınlığındakı Dalarik-Karakert dəmir yolu hissəsi ilə nəqliyyatın hərəkəti dayandırılıb, Gümrü və Tbilisi istiqamətində hərəkət ləğv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.