"Fransa həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət saxlamağa çalışıb - əvvəlcə Prezident Jak Şirakla, sonra prezidentlər Nikola Sarkozi və Fransua Ollandla. Lakin əfsuslar olsun ki, son illərdə biz bu balansın pozulduğunu gördük", - deyə Əmirbəyov bildirib.
"Biz demək olar ki, 30 ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Azərbaycanın öz ərazisinə qarşı müharibə edəcəyi ilə bağlı Ermənistanın iddiaları isə tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycan da, həmçinin uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. Hər halda, Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur. Təbii ki, Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağında olsun. Hesab edirəm ki, bizə, sadəcə olaraq, danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda, bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamaq lazım deyil", - deyə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib.
"Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsdən gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır", - deyə E.Əmirbəyov vurğulayıb.