BAKI, 12 oktyabr - Sputnik. Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü başlayıb. Bu barədə Azərtac xəbər yayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, prezidentlər Qarabağ ətrafındakı vəziyyəti və orada yerləşən Rusiya sülhməramlılarını müzakirə etmək niyyətindədirlər.
Tərəflər Qarabağ ermənilərinin yaşadıqları yerlərə mümkün qayıdışını da müzakirə etməyi planlaşdırırlar.
Uşakov qeyd edib ki, Rusiya liderinin Ermənistanın baş naziri Nikol Paşinyan MDB sammitində iştirak etmək üçün ölkəyə gələcəyi təqdirdə onunla görüşü də Qırğızıstanda təşkil olunacaq.
Eyni zamanda o, Rusiya Federasiyası ilə Ermənistan arasında təmasların davam edəcəyini və iki ölkənin müzakirə edəcəyi çoxlu mövzuların olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.