İDMAN

DÇ-2024: Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq

Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.
A qrupunda yer alan yığma IV turda Qazaxıstanla qarşılaşacaq.
Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.
Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2024-cü ildə futzal üzrə dünya çempionatı keçiriləcək.