RUSİYA

ABŞ özünün varlanması üçün münaqişələri qızışdırır – Volodin

Amerikanın ən böyük silah şirkətlərinin səhmləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bahalaşıb.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. ABŞ öz varlanması üçün münaqişələri qızışdırır, Amerikanın aviadaşıyıcıları isə müharibəyə başlamaq üçün İsrail və Fələstin sahillərinə üz tutublar.
Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Vaşinqton özünü zənginləşdirmək üçün silahlı münaqişələri qızışdırır. İndi də Amerikanın təyyarədaşıyan gəmiləri sülhü təmin etmək deyil, ABŞ üçün faydalı olan növbəti müharibəyə başlamaq məqsədi ilə Fələstin və İsrail sahillərinə doğru irəliləyirlər", - deyə Volodin özünün "Teleqram" kanalında yazıb.
Onun sözlərinə görə, Vaşinqton silahlı münaqişələrdən əsas faydalanan tərəfdir. Dövlət Dumasının spikeri qeyd edib ki, Amerikanın ən böyük silah şirkətlərinin səhmləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bahalaşıb.
"Vaşinqton həmişə milyonlarla insanın faciəsindən öz iqtisadi maraqlarını təmin etmək üçün istifadə edib", - deyə o bəyan edib.
Volodin onu da xatırladıb ki, Birinci Dünya Müharibəsinin nəticələrindən sonra ABŞ-ın ÜDM-i, təxminən iki dəfə artıb, dollar isə funtu sıxışdıraraq dünya valyutasına çevrilib. İkinci dünya müharibəsi zamanı ABŞ müttəfiqlərə kreditlə hərbi yardım göstərərək qeyd edib ki, lend-liz üzrə tədarükün əsas alıcıları Böyük Britaniya və SSRi olub. Dövlət Dumasının spikeri vurğulayıb ki, Rusiya lend-liz üçün sovet borcunu yalnız 2006-cı ildə ödəyib.
"Onilliklər keçib, amma ABŞ-ın metodları dəyişməyib. Biz bunu Əfqanıstanda, İraqda, Liviyada, Suriyada gördük. Bu gün Ukraynada da görürük. Necə deyərlər, kiminə müharibə, kiminə də anası əzizdir", - deyə o, əlavə edib.