İDMAN

Milyonların sevimli klubu barədə çəkilmiş filmin çəkilişləri başa çatıb

Arxiv materiallarına istinadla çəkilən filmdə Ağdamda "Qarabağ" futbol klubunun yaranması, Ağdamın işğalından sonra Bakıda fəaliyyəti, ölkə və Avropa miqyaslı yarışlarda iştirakı, qazandığı nailiyyətlər və s. əksini tapıb.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. "Qarabağ" Futbol Klubu haqqında filmin çəkilişləri başa çatıb. Bu barədə Azərbaycan III "Korkut Ata" Türk Dünyası Film Festivalının Zirvə görüşündə məlumat verilib.
Bildirilib ki, dörd hissədən ibarət film "30 mövsüm səfərdə" adlanır.
Qeyd edək ki, filmin ssenari müəllifi İsmayıl Səfərəli, rejissoru Fuad Quliyevdir.
"Salnaməfilm" studiyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Qarabağ" futbol klubu haqqında 4 seriyalı sənədli filmin istehsalına ötən il başlanılıb. Arxiv materiallarına istinadla çəkilən filmdə Ağdamda "Qarabağ" futbol klubunun yaranması, Ağdamın işğalından sonra Bakıda fəaliyyəti, ölkə və Avropa miqyaslı yarışlarda iştirakı, qazandığı nailiyyətlər və s. əksini tapacaq.