İDMAN

AFFA-nın Hakimlər Komitəsinin sədri UEFA-dan növbəti təyinat alıb

Barış Şimşək 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən növbəti təyinat alıb.
AFFA-nın aydığı məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.
Türkiyəli mütəxəssis oktyabrın 13-də keçiriləcək Malta – Belçika görüşünün hakim-inspektoru olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.