SƏHİYYƏ

Suşi sevənlərin nəzərinə: Uşaqlar və yaşlılar üçün risk yarada bilər

Norveç alimləri qeyd ediblər ki, suşi, saşimi və soyuq hisə verilmiş balıq məhsullarının tərkibindəki bakteriyalar bu cür qidaları tez-tez yeyən insanlar, xüsusən də immun sistemi zəif olan insanlar, uşaqlar və yaşlılar üçün risk yarada bilər.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. Norveçin Elm və Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, suşi və digər xam dəniz məhsulları antibiotiklərə davamlı böcəklərin mənbəyi ola bilər. Xarici medianın yaydığı məlumata görə, alimlər dəniz məhsullarında “Aeromonas” bakteriyasının müxtəlif növlərini aşkar ediblər. Nəticələr göstərib ki, balıq məhsullarının zəif emalı “Aeromonas” bakteriyalarının aradan qaldırılmasına zəmanət vermir.
Tədqiq olunan bakterial variantların əksəriyyəti patogen ola bilər, lakin insanlar üçün xəstələnmə riski mövcuddur.
Alimlər qeyd ediblər ki, suşi, saşimi və soyuq hisə verilmiş balıq məhsullarının tərkibindəki bakteriyalar bu cür qidaları tez-tez yeyən insanlar, xüsusən də immun sistemi zəif olan insanlar, uşaqlar və yaşlılar üçün risk yarada bilər. Bundan əlavə, mikroorqanizmlər heyvanlar və insanlar arasında qida və ətraf mühit vasitəsilə ötürülür, ona görə də bakteriyaların yayılmasının qarşısını almaq üçün təkcə antibiotiklərdən istifadənin azaldılması kifayət deyil.