BAKI, 8 oktyabr — Sputnik. Milli Texnologiya Təşəbbüsündə (MTT) dron naviqasiyası üçün almaz giroskopun hazırlanmasından bəhs edilib.
Bu barədə "RİA Novosti" yazıb.
Almaz kvant giroskopunun yaradılması üzərində Tomsk Dövlət Universitetinin tələbələri işləyirlər.
Cihazın əksər PUA-larda istifadə edilən ənənəvi mikroelektromexanika sistemli giroskoplarından 10 dəfə daha həssas olacağı gözlənilir.
Yeni cihaz pilotsuz təyyarənin ən dəqiq naviqasiyasını və idarəsini təmin edəcək. Bundan əlavə, giroskop daha böyük istilik keçiriciliyinə, daha kiçik ölçülərə və daha aşağı qiymətə sahib olacaq.
"Almaz, digər yarımkeçiricilərdən fərqli olaraq, daha yüksək istilik keçiriciliyinə, aqressiv mühitə və radiasiyaya qarşı müqavimətə malikdir", - deyə layihə rəhbəri Olqa Lıqa əlavə edib.
Beləliklə, giroskop hətta ən ekstremal şəraitdə - çox aşağı temperaturda və ya kosmosda da işləyə biləcək.
Daha əvvəl bildirilmişdi ki, Rusiya şirkəti texniki xüsusiyyətlərinə və təyinatına görə məşhur "Geran" kamikadze pilotsuz uçan aparatına bənzəyən "İtalmas" adlı yeni yerli PUA hazırlayıb.