BAKI, 8 oktyabr - Sputnik. Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbul Qeyt Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bazar günü Moskvaya səfər edib.
Ərəb Dövlətləri Liqasının bəyanatında bu barədə xəbər verilib.
“Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bazar günü səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya işgüzar səfərə gedib”, - deyə Ərəb Liqası bildirib.
Açıqlamaya görə, Əbul Qeytin səfəri çərçivəsində Lavrovla bir sıra qarşılıqlı maraq doğuran mövzular, o cümlədən regional və beynəlxalq məsələlər, xüsusilə də Qəzza zolağında mövcud gərginlik ətrafında geniş müzakirələr aparılacaq.