BAKI, 8 oktyabr - Sputnik. İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.
Bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib.
Radiostansiya bildirib ki, ordu tam hərəkət azadlığı əldə edib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.