BAKI, 6 oktyabr — Sputnik. Sanksiya tətbiq edilən malların Türkiyə vasitəsilə Rusiyaya daxil olması ilə bağlı Qərb ölkələrinin ittihamları əsassızdır; Avropa şirkətləri özləri Rusiya bazarına üçüncü ölkələr vasitəsilə daxil olmağın yollarını axtarırlar. Bunu Türkiyənin ticarət naziri Ömər Bolat bazar ertəsi RİA Novosti-yə bildirib.
"Türkiyə Türkiyədə istehsal etdiyi malları keçmişdə olduğu kimi Rusiya ilə heç bir çətinlik çəkmədən ticarət edir. Aİ və ABŞ-da istehsal olunan mallara gəlincə, Türkiyə ərazisindən Rusiyaya daxil ola bilməzlər. Türkiyəyə qarşı ittihamlara gəlincə, bu ittihamlar əsassızdır", - deyə nazir qeyd edib
O vurğulayıb ki, münaqişə başlayandan bəri Türkiyə yalnız BMT-nin tətbiq etdiyi sanksiyalara əməl edib.
Eyni zamanda, Bolat qeyd edib ki, bir çox Avropa şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiyaya öz mallarını tədarük etmək istəyirlər.
"Onlar öz şirkətlərinə diqqət yetirməlidirlər", - deyə türkiyəli nazir tövsiyə edib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.