AZƏRBAYCAN XƏBƏRLƏRİ

Naxçıvan Ali Məclisinin rəhbərliyində istefa verən var

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib.
Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışıb.
Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olub. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilib.
A.Zeynalov Naxçıvan Ali Məclisinin III çağırışının 28 noyabr 2005-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib.
Azər Zeynalov 2010-cu il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olub. O, seçkiləri birinci tamamlamış və deputat seçilib. Naxçıvan Ali Məclisinin IV çağırışının 3 dekabr 2010-cu il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini seçilib.
Azər Zeynalov 2015-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilib. Naxçıvan Ali Məclisinin V çağırışının 17 noyabr 2015-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib.
O, 9 fevral 2020-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faizinin səsini toplayaraq deputat seçilmişdir.[4] Naxçıvan Ali Məclisinin VI çağırışının 22 fevral 2020-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir.