SƏHİYYƏ

Bu şəxslərə pulsuz dərmanlar veriləcək

TƏBİB rəsmisi bildirib ki, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Elmin Quluyev deyib.
Onun sözlərinə görə, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq.
TƏBİB nümayəndəsi həmçinin bildirib ki, hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb: "Bu da keçən illə müqayisədə 60 dərman çoxdur".
Qeyd edək ki, növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva ötən ay mətbuata açıqlamasında bildirib ki, ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir. Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək.