İDMAN

Bu gün Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq - Dünya çempionatı

Oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, qızlar arasında isə 57 kiloqramda Fidan Əlizadə tatamiyə çıxacaq.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan millisinin üç üzvü mübarizə aparacaq.
Oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, qızlar arasında isə 57 kiloqramda Fidan Əlizadə tatamiyə çıxacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Xatırladaq ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığması oktyabrın 4-dən 8-dək Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzulayıblər.