CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda fərdi uğurlara imza atmış xanımlarla bağlı podkastlar hazırlanır

Podkastlarda xanımlar özləri haqqında indiyə qədər ictimaiyyətə bəlli olmayan tərəflərindən danışır, öz uğur hekayələrini bölüşür, müxtəlif hadisələrlə bağlı fikirlərini ifadə edirlər.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. "Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsini həyata keçirir.
Alfa söhbətləri
Bu layihə çərçivəsində müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmuş, ictimai nüfuz qazanmış xanımlarla bağlı “Alfa söhbətləri” adı altında podkastlar hazırlanır.
Podkastlarda xanımlar özləri haqqında indiyə qədər ictimaiyyətə bəlli olmayan tərəflərindən danışır, öz uğur hekayələrini bölüşür, müxtəlif hadisələrlə bağlı fikirlərini ifadə edirlər.
Alfa söhbətləri
Qeyd edək ki, həmin podkastlar müvafiq olaraq Youtube, Telegram, Facebook sosial platformalarında yayımlanacaq.
"Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsi müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.
Alfa söhbətləri
Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.