BAKI, 5 oktyabr — Sputnik. Avropa Parlamentində təmsil olunan depuattaların işi-gücü yoxdur və Azərbaycan əleyhinə qətnamə qəbul edirlər. Bunu Avropa Parlamenti (AP) üzvlərinin plenar iclasda Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni Sputnik Azərbaycan-a şərh edərkən millət vəkili Rasim Musabəyov deyib.
"Bu vaxta qədər qəbul etdikləri qətnamələrin bir faydası olubmu?! Olmayıb. Bu da onlardan biridir. Avropa Parlamentinin çağırış etməkdən başqa heç bir səlahiyyəti yoxdur. Bu qətamələrin Azərbaycana heç bir təsiri olmayacaq", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Rasim Musabəyov
© Sputnik / Murad Orujov
Qeyd edək ki, Avropa parlamenti bu gün Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edib. Bu qurumun qəbul etdiyi sənədlərin hüquqi cəhətdən icrası məcburi deyil.
Millət vəkili Asim Mollazadə də Avropa Parlamentinin son qəbul etdiyi qətnamə ilə bağlı fikirlərini bölüşüb.
O, bu qətnamənini qərəzli olduğunu qeyd edib:
"Bu gün Azərbaycanda həbsdə saxlanılan separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan Avropa arenasındakı siyasi korrupsiya mühiti barədə ifadələr verir. Yaxın zamanda bu cür əsassız və qərəzli qətnamələri kimlərin qəbul etməsi barədə dünya ictrimaiyyəti də məlumatlı olacaq. Bu qətnamənin qəbul edilməsi bir daha göstərdi ki, Avropa Parlqamentində sistemli korrupsiya var. Avropa Parlamentindəki deputatlara yanlış məlumatlar verilib və bunun nəticəsində belə bir qətnamə qəbul edilib. Bu cür qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur"