RUSİYA

Zaxarova: Rusiyadan avtomobillərin Aİ-yə girişinə qoyulan qadağa cavabsız qalmayacaq

Hazırda Rusiyanın müvafiq qurumları bu qadağaya cavab addımları üzərində işləyir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Rusiya bir sıra Avropa ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməsinə lazımi cavab verəcək.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyanın müvafiq qurumları bu qadağaya cavab addımları üzərində işləyir.
"Bu qərarlar razılaşdırıldıqda, biz bu barədə sizə məlumat verəcəyik, lakin deyə bilərəm ki, Avropa İttifaqı ölkələrinin bu hərəkətləri lazımi reaksiyasız keçməyəcək", - deyə "RİA Novosti" Zaxarovadan sitat gətirib.
Bundan əvvəl Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazisinə daxil olmasını qadağan edən doqquz Aİ ölkəsi barədə məlumat verilmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu qadağa rusiyalılara qarşı nasizmin təzahürüdür.