BAKI, 4 oktyabr — Sputnik. Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktını törədən kamikadzenin kimliyini müəyyən edilib.
Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK üzvü Özkan Şahin olduğu müəyyən edilib.
Terror aktını törədən digərinin PKK üzvü Həsən Oğuz da olduğu daha əvvəl müəyyən edilib.
"Təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz, son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək"- , deyə məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin paytaxtında baş verən terror hadisəsini pisləyib.
XİN bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda bildirilib: "Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik. Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik".