DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ASALA İrəvanda sinaqoqa hücuma görə məsuliyyəti öz üzərinə götürüb - VİDEO

ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum "İrəvandakı ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" adlandırılıb.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. "Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatı İrəvandakı sinaqoqa qarşı vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Sinaqoqun üzərinə maye tökülüb və şüşələri sındırılıb.
ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum "İrəvandakı ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" adlandırılıb.
"Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim diqqət mərkəzimizdə olacaq", - terrorçu təşkilatın məlumatında deyilir.
ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq.
"Heç bir İsrail yəhudisi bu ölkələrə gedəndə özlərini təhlükəsizlikdə hiss etməyəcək", - deyə məlumatda qeyd olunub.
Bu, erməni cəmiyyətində antisemitizmin daha bir əyani sübutu olmaqla, həmçinin, bu və ya digər etnik kimlik və dini etiqad mənsublarına qarşı tolerantlığın olmadığını göstərir.
Xatırladaq ki, dünən İrəvanda naməlum şəxslər yahudi məbədi sinaqoqa qarşı vandallıq nümayiş etdiriblər.
Onlar məbədin şüşələrini qırıb və divarlarına boya tökərək nalayiq sözlər yazıblar. (Trend.az).