RUSİYA

"Putinin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi barədə söhbətlər yalandır"

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Paşinyanın Praqada imzaladığı sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olması qeyd edilməyib.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. 2020-ci ilin noyabrında müharibənin dayandırılması ilə bağlı razılaşmanın imzalanması vaxtı guya Putinin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı söhbətlər yalandır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bu müqavilədə deyilir ki, Qarabağ sülhməramlı kontingentin məsuliyyət zonasıdır və orada Qarabağın yekun statusu ilə bağlı dialoqun davam etdiriləcəyinə dair ümumi anlaşma olub. Daha sonra Paşinyan Praqada keçirilən növbəti Avropa sammitində Ermənistan və Azərbaycanın 1991-ci il sərhədləri daxilində bir-birini ərazi bütövlüyünü tanıyacağına dair sənəd imzaladı və bununla da məsələ bağlandı. Həmin sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olması qeyd olunmamışdı. Amma bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər”, - Rusiya XİN başçısı vurğulayıb.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Rusiya Azərbaycanla "Qarabağda vəziyyəti sabitləşdirmək" üzərində işləyir - Lavrov