BAKI, 2 oktyabr - Sputnik. Azərbaycanla Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Qeyd edək ki, preambuladan və 30 maddədən ibarət Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiya Respublikasında isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.