BAKI, 30 sentyabr — Sputnik. Həftədə 55 saat və bundan da çox işləyənlərin insult keçirmə ehtimalı digər şəxslərlə müqayisədə 33 faiz daha çoxdur.
Britaniya alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
"British Medical Journal"da dərc olunan məqalədə qeyd olunub ki, işçilərin iş saatları artdıqca onların depressiyaya düşmə, stress yaşama ehtimalı daha da çoxalır.
Bundan başqa, alimlər o qənaətə gəliblər ki, iş saatlarının çoxluğu piylənmə riskini də artırır. Boş zaman azaldıqca, idman etmək ehtimalı azalır və bu da piylənmə yaradır.
Sağlam həyat tərzi üçün iş vaxtının 8 saatdan artıq olmaması, aktiv həyat yaşamaq tövsiyə olunur.