İDMAN

Ronaldo 1001 matçda məğlub olmayan ilk futbolçu oldu

Ronaldonun hesabında 776 qələbə və 224 heç-heçə var.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tarixdə peşəkar səviyyədə 1001 məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytında bu barədə məlumat verilib.
İFFHS-in məlumatına görə, 2:0 hesabı ilə birincinin xeyrinə başa çatan "Əl-Nəsr" – "Persepolis" matçından sonra 38 yaşlı forvard artıq məğlubiyyətsiz olduğu min görüş keçirib.
Ronaldonun hesabında 776 qələbə və 224 heç-heçə var. Bundan sonra Ronaldo öz klubunun tərkibində yenidən qələbə qazanıb - "Əl-Əhli"yə qarşı görüşün nəticəsi 4:3 olub.
Xatırladaq ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Ümumilikdə portuqaliyalı karyerası ərzində 1183 oyun keçirib.
Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl idman karyerasının gələcəyindən danışaraq, sağlamlığı ona imkan verəcəyi müddətdə oynayacağını etiraf etmişdi.