İQTİSADİYYAT

Aİİ dərmanların, içkilərin və qacetlərin etiketlənməsi qaydalarını unifikasiya edir

Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində identifikasiya vasitələri ilə məhsulların tətbiq olunma tarixini və etiketlənmə qaydasını müstəqil şəkildə müəyyənləşdirəcəklər.
Sputnik
BAKI, 29 sentyabr - Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin bir sıra təşəbbüs təkliflərini nəzərdən keçirərək ittifaqa üzv olan dövlətlərdə dərman preparatlarının, alkoqolsuz içkilərin, meyvə şirələrin, həmçinin telefon və notbukların etiketlənməsi qaydalarını unifikasiya etmək barədə qərar qəbul edib.
"Komissiya Aİİ-nin əsas azadlıqlarından birinin təmin edilməsinə yönəlmiş prinsipial qərarlar qəbul edib. Əldə olunan razılaşmalar sayəsində malların ittifaq ərazisində maneəsiz hərəkətinə şərait yaratmaq və daxili bazarda maneələrin yaranmasının qarşısını almaq mümkün olacaq”, - deyə AİK ticarət naziri Andrey Slepnev vurğulayıb.
Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində identifikasiya vasitələri ilə məhsulların tətbiq olunma tarixini və etiketlənmə qaydasını müstəqil şəkildə müəyyənləşdirəcəklər, bu tədbirlərin başlanmasından altı aydan gec olmayaraq AİK-yə bu barədə xəbərdarlıq etmək lazımdır.
Beləliklə, bütün hallarda Aİİ ölkələrinin hər birində unifikasiya edilmiş tələblərə uyğun olaraq formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat veriləcəkdir. Eyni zamanda, Qırğızıstanda dərman preparatlarının etiketlənməsi sisteminin xüsusiyyətləri ilə əlaqədar olaraq komissiya şurası qəbul edilmiş qərardan fərqli identifikasiya vasitəsinə tələblərin tətbiq olunmasına icazə verən istisnanı nəzərdən keçirib.
Bundan əlavə, ittifaqa üzv olan dövlətlərin mövqeləri ilə əlaqədar olaraq, qərarlarda bir sıra ölkələrin indiki mərhələdə etiketləməni tətbiq etmək niyyətlərinin olmaması da ayrıca qeyd edilib. Belə ki, dərmanlarla bağlı Ermənistan, spirtsiz içkilər və meyvə şirələri ilə bağlı Qazaxıstan, notbuk və telefonlarla bağlı isə Qazaxıstan və Qırğızıstandır.