RUSİYA

Rusiya İsveçə nota verib

Rusiya İsveçdəki Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm törədənləri tapılıb cəzalandırılması tələb olunub
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Rusiyanın İsveçdəki səfirliyi bu ölkənin şimalındakı Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktı ilə əlaqədar Krallığın Xarici İşlər Nazirliyinə (XİN) nota verib.
"Report" xəbər verir ki, bu barədə diplomatik missiya teleqram kanalında məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya öz tərəfindən İsveç XİN-ə müvafiq nota verib: "Abidənin ilkin görkəminə qaytarılması, hadisənin araşdırılması, günahkarların tapılıb cəzalandırılması, İsveçdə sovet dönəminin hərbi məzarlarının təhlükəsizliyinin təmin edilməsini tələb edirik".
Səfirlik hadisənin təfərrüatlarını açıqlamayıb. Güman edilir ki, abidə boya ilə rənglənib.