BAKI, 27 sentyabr — Sputnik. İran üçüncü hərbi peykini orbitə çıxarıb.
Bu barədə İranın rabitə naziri İsa Zarepur bildirib.
Zarepur qeyd edib ki, İran bu gün üçüncü hərbi peyki olan "Nur-3"ü uğurla orbitə çıxarıb. Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri gələn ilin mart ayının sonuna kimi daha iki hərbi peyk buraxmaq niyyətindədir.
Xatırladaq ki, ötən ilin mart ayında SEPAH-ın Hərbi Hava Qüvvələri “Nur-2” adlandırılan ikinci peykini orbitə çıxarıb. Hərbi peyk orbitə buraxıldıqdan 480 saniyə sonra yerin 500 kilometrliyində yerləşib.