BAKI, 27 sentyabr — Sputnik. Sənayeləşməyə aparan yol: Aİİ ölkələri yeniliklərə və öz sənayelərinin inkişafına getdikcə daha çox sərmayə qoyurlar.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Boris Şmelev Sputnik-ə müsahibəsində Qazaxıstanın paytaxtında ən böyük "İnnoprom" sənaye sərgisinin keçirilməsini şərh edib.
Bu yaxınlarda tədbir Rusiyanın Yekaterinburq şəhərində keçirilib və ilk dəfə xaricdə təşkil olunub. Bu, Rusiyanın Mərkəzi Asiya ölkələri və ümumiyyətlə postsovet ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində böyük marağından xəbər verir.
Ekspert vurğulayıb ki, Mərkəzi Asiya ölkələrində sənayeləşmə prosesi gedir. Orada kompleks iqtisadi inkişaf proqramları qəbul edilib, onlar yeni müəssisələrin tikintisini və müvafiq texnologiyaların işlənib hazırlanmasını nəzərdə tuturlar. Bununla onların maraqları ilə Rusiyanın maraqları üst-üstə düşür.
Şmelev vurğulayıb ki, ilk növbədə Avropa İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələr infrastruktur, o cümlədən, "Şimal-Cənub" layihəsi çərçivəsində qurmalıdırlar. Yeni çatdırılma vasitələrinə - lokomotivlərə, vaqonlara, yük gəmilərinə və digərlərinə ehtiyac var. Həmçinin yeni enerji güclərinin də yaradılması lazımdır.
Kosmos, biotexnologiya və bir çox digər kimi yüksək texnologiyalı sahələrdə əməkdaşlıq prioritetdir.