BAKI, 27 sentyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının Şurası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində dərman vasitələrinin, alkoqolsuz içkilərin, şirələrin, həmçinin telefonların və noutbukların markalanması üçün vahid qaydaların müəyyən edilməsi barədə qərar qəbul edib.
Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində məhsulların identifikasiya vasitələri ilə markalanması qaydasını və tətbiq tarixini müstəqil olaraq müəyyən edəcək, bu barədə altı aydan gec olmayaraq AİK-i məlumatlandıracaqlar.
"Avrasiya İqtisadi Komissiyasının Şurası tərəflərin bir sıra təşəbbüs təkliflərinə baxaraq, Avrasiya İqtisadi İttifaqı ölkələrində dərman vasitələrinin, sərinləşdirici içkilərin, şirələrin, o cümlədən telefonların və noutbukların markalanması üçün vahid qaydaların müəyyən edilməsi barədə qərar qəbul edib", - məlumatda deyilir.
Bütün hallarda bu, Aİİ ölkələrinin hər birində vahid tələblərə uyğun formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat verəcək. Eyni zamanda, Qırğızıstanda dərman vasitələrinin markalanması sisteminin xüsusiyyətlərinə görə, şura qəbul edilmiş qərardan fərqli olan identifikasiya vasitəsinə tələblərin tətbiqinə imkan verən istisna təmin edib.
İttifaqa üzv dövlətlərin mövqeləri ilə bağlı qərarlarda bir sıra ölkələrin hazırkı mərhələdə etiketləmə tətbiq etmək niyyətlərinin olmaması xüsusi qeyd edilib.