BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Tərəflər Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşə hazırlığı müzakirə ediblər.
“Potensial görüş həm İrəvan, həm də Bakı tərəfindən daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiq etmək üçün istifadə edilməlidir”, - Avropa Şurasının görüşə dair yayılmış bəyanatında deyilir.