BAKI, 25 sentyabr — Sputnik. Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir sıra bəyanatları ilə bağlı açıqlama verəcək. Bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Deyə bilərəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan və İrəvanın rəsmi nümayəndələri tərəfindən Moskva ilə bağlı reallığa uyğun gəlməyən bir sıra bəyanatlar ilk növbədə ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna ətraflı cavab yaxın vaxtlarda,Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı bir neçə dəqiqə ərzində veriləcək", - diplomat bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərinə müraciəti zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Ermənistan-Rusiya strateji tərəfdaşlığının alətlərinin Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini bildirib.
Bundan başqa, Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdığını bəyan edib. Baş nazirin sözlərinə görə, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etmir, çünki Rusiya bunu ya istəmir, ya da edə bilmir.