RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qrossi MAQATE-nin Zaporojye AES-də fəaliyyətini davam etdirdiyini bildirib

Agentliyin baş direktoru bildirib ki, AES-də vəziyyət qeyri-sabit olaraq qalır.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında (AES) fəaliyyətini davam etdirir.
Bu barədə "TASS" internet-nəşri agentliyin baş direktoru Rafael Qrossinin söylədiklərinə istinadən xəbər verib.
"Biz demək olar ki, gündəlik yeniləmələrimizdən də gördüyünüz kimi işimizi davam etdiririk", - deyə "TASS" Qrossidən sitat gətirir.
Agentliyin baş direktoru qeyd edib ki, AES-də vəziyyət qeyri-sabit olaraq qalır.
Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabko Rusiya tərəfinin Zaporojye AES-də nüvə təhlükəsizliyinə təhlükənin haradan gəldiyinə dair MAQATE-dən daha aydın mövqe gözlədiyini söyləyib.
AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.