İDMAN

PFL "Qarabağ" – "Sumqayıt" oyununun yerini dəyişib

"Qarabağ" rəhbərliyi mərkəzi arenada təmir-bərpa işləri ilə əlaqədar qarşılaşmanın "Azərsun Arena"da təşkili ilə bağlı müraciət edib.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək "Qarabağ" – "Sumqayıt" oyununun yerini dəyişib.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda deyil, "Azərsun Arena"da baş tutacaq.
Belə ki, "Qarabağ" rəhbərliyi mərkəzi arenada təmir-bərpa işləri ilə əlaqədar qarşılaşmanın "Azərsun Arena"da təşkili ilə bağlı müraciət edib.
Respublika stadionunda aparılan işləri və "Azərsun Arena"nın mövsümdən öncə Premyer Liqa oyunları üçün təsdiq edildiyini nəzərə alan PFL "Qarabağ" – "Sumqayıt" oyununun orada keçirilməsini qərara alıb.
Qeyd edək ki, görüş sentyabrın 29-da, saat 20:00-da baş tutacaq.