DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Venesiyada xəbərdarlıq ediblər: qağayılardan ehtiyatlı olun!

Səyahətçilər özləri təcrübəyə əsaslanaraq aydınlaşdırıblar ki, qağayılar daha çox burger və pizzaya üstünlük verirlər.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Turistlər arasında məşhur olan İtaliyanın Venesiya şəhərinin hakimiyyəti son vaxtlar getdikcə daha aqressivləşən və insanlardan heç qorxmayan qağayıların təhlükəsi barədə səyahətçilərə xəbərdarlıq ediblər.
Bu barədə "ANSA" agentliyi məlumat yayıb.
Həyasız quşlar turistlərin əllərindən yemək qopararaq bir neçə dəfə onlara hücum etdikdən sonra bələdiyyə şəhərin müxtəlif yerlərində quşların aqressiv ola biləcəyini bildirən xəbərdarlıq lövhələri quraşdırıb.
Səyahətçilər özləri təcrübəyə əsaslanaraq aydınlaşdırıblar ki, qağayılar daha çox burger və pizzaya üstünlük verirlər.
Bundan əlavə, qağayılar təkcə yoldan keçənlərə deyil, həm də şəhərdə çox məşhur olan açıq eyvanlardakı stollarda oturan qonaqlara hücum edə bilərlər.
Venesiyanın hakim dairələri "quş reketinin" öhdəsindən gəlməyə çalışsa da, indiyə qədər uğur qazana bilməyib - turizmin bərpasından və məcburi müvəqqəti aclıq aksiyasından sonra qağayılar daha da aqressivləşiblər.
Daha əvvəl məlum olub ki, Venesiya şəhərə cəmi bir günlük gələn və gecələməmiş turistlər üçün əlavə ödəniş tətbiq edib. Bu halda turistlər adambaşına 5 avro ödənməli olacaqlar. Qanun gələn ilin yazından qüvvəyə minməlidir.