RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynanın sabiq baş naziri: Zelenski münaqişə sayəsində hakimiyyəti saxlayır

Bu yaxınlarda Azarov uzun sürən Ukrayna münaqişəsinin Qərbdən asılı olduğu üçün təmamilə Ukrayna iqtisadiyyatını bitirəcəyini bildirərək, dollarlaşmanın daha aydın göründüyünü qeyd edib.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Ukraynada hərbi əməliyyatların davam etdirilməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün faydalıdır, çünki bu, ona hakimiyyətdə qalmağa imkan verir.
Bunu Ukraynanın sabiq Baş naziri Nikolay Azarov “Telegram” kanalında qeyd edib.
Azarovun bildirdiyinə görə, hərbi əməliyyatlar ilk gündən Ukrayna prezidentinə sərfəli olub.
“Silahlı münaqişə Zelenskinin hakimiyyətini qoruyan yeganə şeydir. Hərbi əməliyyatlar ilk gündən bu günə kimi onun üçün sərfəli olub”, - deyə Ukraynanın sabiq Baş naziri yazıb.
Azarov Zelenskinin reytinqinin ölkə iqtisadiyyatındakı problemlər və korrupsiya qalmaqalları fonunda durmadan aşağı düşdüyünü, hərbi əməliyyatlar başlayandan sonra gözlənilmədən “qəhrəman”a çevrildiyini və sonradan faktiki olaraq mediaüzərində nəzarəti ələ keçirdiyini qeyd edib. Sabiq nazir onu da əlavə edib ki, silahlı münaqişə başa çatdıqdan sonra insanlar Zelenskidən başqa istənilən namizədə səs verəcəklər.
Xatırladaq ki, bu yaxınlarda Azarov uzun sürən Ukrayna münaqişəsinin Qərbdən asılı olduğu üçün təmamilə Ukrayna iqtisadiyyatını bitirəcəyini bildirərək, dollarlaşmanın daha aydın göründüyünü qeyd edib.