BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi tədbirlər nəticəsində bölgədə vəziyyətin tam nəzarətdə saxlanması və dekriminallaşdırılması işi aparılır. Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
"Aidiyyəti qurumlar bunun üçün kompleks tədbirləri davam etdirir. Ərazidə erməni silahlı qüvvələrindən qalmış silah sursatın qalıqlarının təhvil alınması həyata keçirilir. Ermıni əsilli vətəndaşların təhlükəsizliyinin və təminatının həyata keçirilməsi üçün lazımi addımlar atılır. Ərazi tam təhlükəsiz vəziyyətə gətirilməsi üçün əlavə qüvvələr cəlb olunub", - o bildirib.
Hacıyev qeyd edib ki, Azərbaycan vətəndaşlığı üçün müraciət edən erməni əsilli şəxslər var: "Aidiyyəti qurumların əməkdaşları tərəfindən erməni əsilli şəxslər tərəfindən edilmiş müraciətlər qanunvericilik çərçivəsində təmin olunur. Onların hüquqlarının qorunması diqqət mərkəzində saxlanılır".