"Çünki separatçıların bu qədər silah sursatı almaq üçün maddi imkanları yox idi. Həmin silahların Ermənistanın vəsaiti hesabına alınması kimsəyə sirr deyil. Ermənistan istərdi ki, bu texnika yenidən Ermənistan ordusunun balansına qayıtsın. Təbii ki, bu texnikalar hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçsəydi Azərbaycan onları özünə götürə bilərdi. Amma bu texnikalar danışıqlar yolu ilə təhvil verilir. Bu baxımdan güman etmək olar ki, həmin texnikalar Ermənistana qaytarılacaq. Bunu da nəzərə almaq lazımdır ki, sözügedən texnika və silah-sursat Ermənistana qaytarılmış olsa, Ermənistan ordusunun Azərbaycanda olması faktiki olaraq təsdiqlənmiş olacaq. Biz uzun müddətdir müşahidə edirdik ki, həmin texnika müxtəlif yollarla regiona daxil olur".