RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib

Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, daha bir raket hücumunun olması mümkündür, ona görə də şəhərin mərkəzinə getməməyi, binaları tərk etməməyi və həyacan siqnalını eşidən kimi sığınacaqlara getməyi xahiş edirəm.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endiriblər.
Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərminin qəlpələrindən biri A.V.Lunaçarski adına Sevastopol Rus Dram Teatrının yaxınlığına düşüb.

"Düşmənlər donanmanın qərargahına raket zərbəsi endiriblər. Qəlpələrdən biri Lunaçarski teatrının yaxınlığına düşüb. Bütün əməliyyat xidmətləri hadisə yerinə gediblər. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir", - deyə Razvojayev yazıb.

Qubernator həmçinin sakinlərdən sakit olmağı, foto və video paylaşmamağı xahiş edib.
Razvojayev şəhərə növbəti raket hücumunun ola biləcəyi ilə bağlı xəbərdarlıq edib və sakinlərdən şəhər mərkəzinə getməməyi xahiş edib.
"Hamının diqqətinə! Daha bir raket hücumunun olması mümkündür. Xahiş edirəm, şəhərin mərkəzinə getməyin. Binaları tərk etməyin. Donanma qərargahının yaxınlığında olan hər kəs həyacan siqnalını eşidən kimi sığınacaqlara getsin. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində çalışırlar. Aeromobil qruplaşması hazır vəziyyətdədir. Ehtiyat texnikası tətbiq edilib", - deyə Sevastopol qubernatoru qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.