BAKI, 21 sentyabr - Sputnik. ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna münaqişəsindəki qələbəsini tanıyıb.
Bu barədə amerikalı jurnalist Seymur Herş kəşfiyyatdakı mənbəyə istinadən məlumat verib.
Jurnalistin sözlərinə görə, kəşfiyyatın nəticəsinə baxmayaraq, Ağ Ev media ilə birlikdə bunun əksini, yalan danışmağa davam edir.
"Rusiya qalib gəldi. Artıq Ukraynanın hücumu yoxdur. Lakin Ağ Ev və ABŞ mediası yalanı dəstəkləməlidir", - deyə Herş "Substack" platformasındakı səhifəsində adı açıqlanmayan ABŞ kəşfiyyat rəsmisindən sitat gətirib.
Herş əlavə edib ki, ABŞ kəşfiyyatında Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmaq qabiliyyətinə şübhə edirlər. Jurnalistin fikrincə, Ukrayna ordusunda döyüş ruhu da çox sarsılıb.
Qeyd edək ki, Almaniyada media da Ukrayna hücumunun guya uğur qazanması ilə bağlı yalanlara qapılıb. Almaniyanın təqaüdçü polkovniki Volfqanq Rixter bildirib ki, Ukrayna Silahlı Qüvvələri irəliləyiş əldə etməyib və ümumi uğur Rusiya Silahlı Qüvvələrinə məxsusdur.