RUSİYA

RF Energetika Nazirliyi ölkədə yanacaq qiymətlərini sabitləşdirmək üçün addımlara hazırdır

Nazirlik Rusiyada neft məhsullarının “boz ixracını” kökündən dayandırmaq niyyətindədir.
Sputnik
BAKI, 20 sentyabr - Sputnik. Rusiya Energetika Nazirliyi yaxın vaxtlarda xaricə qanunsuz yanacaq ixracına qarşı mübarizə üçün bir sıra sərt tədbirlər görmək niyyətindədir.
Bu barədə TASS Rusiya Energetika Nazirliyinin rəhbərinin birinci müavini Pavel Sorokinin Dövlət Dumasında söylədiklərinə istinadən xəbər verib.
Onun sözlərinə görə, yaxın günlərdə Rusiya hökuməti daxili və xarici bazarlarda qiymət fərqindən asılı olmayaraq “boz ixrac” kanallarının bağlanmasına imkan verəcək tədbirlər görəcək.

"Hazırda bunun üzərində işləyirik, yaxın vaxtlarda biz kifayət qədər radikal addımlar atacağıq, bu fürsəti dəyərləndirmək üçün imkanlar artıq hökumətdədir", - deyə Sorokin bildirib.

Nazirliyin nümayəndəsi vurğulayıb ki, gələcəkdə bu cür sxemlərin qarşısının alınmasına yönəlmiş sistemli həllər hazırlanır.
Sentyabrın əvvəlində Rusiya Energetika Nazirliyi artıq Rusiyada yanacaq qiymətlərini nəzarət altına almaq planlarını açıqlayıb.
Bu yaxınlarda Nazirlik Rusiyada yanacaq qiymətlərinin aşağı salınacağına söz verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.