BAKI, 20 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van İ ilə görüşü zamanı Moskva ilə Pekin arasında ticarət dövriyyəsinin 200 milyard dollara çatacağına ümid etdiyini bildirib. Dövlət başçısı hesab edir ki, artıq əldə edilmiş nəticələri nəzərə alsaq, bunlar kifayət qədər əldə edilə bilən rəqəmlərdir. Bu barədə Rusiya mediası xəbər verib.
“Bu ilin ilk ayında ticarət dövriyyəsi 120 milyard dolları ötüb. Bizim isə heç olmasa 200 milyard rəqəminə yaxınlaşacağımıza ümid etmək üçün bütün əsaslarımız var”, - deyə Rusiya prezidenti bildirib.
Putin həmçinin qeyd edib ki, Çin və Rusiya hazırda humanitar və idman sahələrində son dərəcə səmərəli əməkdaşlıq edirlər.
Xatırladaq ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu yaxınlarda bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Çinə səfər etmək üçün dəvət alıb və bunu oktyabrda forumun keçiriləcəyi zaman etmək niyyətindədir. Daha sonra Uşakov Putinin Çinə mümkün səfəri ilə bağlı sualı cavablandırarkən, bu səfərin bir çox hallardan asılı olacağını söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.