Qarabağın dirçəlişi və reinteqrasiyası

MN: Təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır

Nazirlik yayılan bu məlumatı qəti surətdə təkzib edib.
Sputnik
BAKI, 20 sentyabr - Sputnik. Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - hərbi qurum diqqətə çatdırıb.
***
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı yayılan dezinformasiyanı qəti surətdə təkzib edirik.
Silahlı Qüvvələrimiz yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edib.
***
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
***
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
***
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik yayılan bu məlumatı qəti surətdə təkzib edib.
***
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
23:12
Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə Nazirliyin açıqlamasında deyilir.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - açıqlamada bildirilir.
22:18
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.
"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır", - bəyanatda bildirilir.
21:02
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq.
Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
"Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakterli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır", - o vurğulayıb.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib - MN