SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək - Elçin Əmirbəyov

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. "Azərbaycan öz işini özü həll etməyə məcbur oldu". Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Onun fikrincə, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək:
"Bu isə sülh prosesinə rəvac verəcək".
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər:
"Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".
O, həmçinin qeyd edib ki, Azərbaycan bundan sonra əsas məsələlərə diqqətini yönəldə biləcək:
"Artıq çox həssas cari vəziyyətin fonunda müvafiq ölkələrə xitab edirik ki, onlar bəyanatlar irəli sürməzdən əvvəl bir neçə dəfə düşünsünlər. Həmin tərəflərə, BMT-nin Təhlükəsiz Şurasının iclasını çağırmaq istəyənlərə müraciət edirik ki, atılacaq addımların ümumi sülh gündəliyinə necə təsir edəcəklərini düşünsünlər. Diqqətimizi əsas sülh prosesinə yönəltmək istəyirik”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.