RUSİYA

Moskva BMT TŞ-nin genişləndirilməsi barədə müzakirələrin başlanmasını istəyir

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var və bu ölkələrin hər biri şurada veto hüququna malikdir.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin sayının artırılması ilə bağlı dialoqa başlamaq lazımdır, Rusiya bu barədə dəfələrlə deyib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu müzakirələr başlamalıdır və biz bu barədə bir neçə dəfə danışmışıq", - Peskov deyib.
Eyni zamanda, o qeyd edib ki, bu proses çox mürəkkəb və uzunmüddətli danışıqlar tələb edir.
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər biri şurada veto hüququna malikdir. Coğrafi əsaslarla seçilən 10 dövlət üzvü qeyri-daimi üzv statusuna malikdir.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT TŞ-in sıralarının genişləndirilməsi təklifi ilə çıxış edib. O, "dünya beşdən böyükdür" deyib. Eyni zamanda digər ölkələrin liderləri də bu təklifi dəstəkləyiblər.