BAKI, 17 sentyabr - Sputnik. İtaliyanın şimalında şərab zavodunun işçisi həmkarına çaxır çənindən çıxmağa kömək edərkən zəhərli buxarlardan zəhərlənərək boğulub. Bu barədə “il Giornale di Vicenza” qəzeti məlumat yayıb.
Belə ki, şərab istehsalı üzrə mütəxəssis Marko Bettolini tərəfdaşı ilə birlikdə Viçenza əyalətində iri müəssisədə çən təmizləyərkən qəfil özünü pis hiss edib. Qırx altı yaşlı Bettolini çəndə qalan həmkarının gözdən itdiyini görüb və onun köməyinə gəlib. Lakin onu şərabdan çıxaran işçi özü huşunu itirib.
“İl Messaggero” qəzetinin yazdığına görə, Bettolini çənə düşərək şərabda boğulub.
Müəssisəyə gələn təcili yardım maşını və helikopter Bertolininin həmkarını xilas edərək xəstəxanaya çatdıra bilib.
Şərab zavodunun rəhbərliyi və bütün Veneto regionunun prezidenti Luka Zaya tərəfindən enoloqun vəfatı ilə əlaqədar başsağlığı bildirilib.
Qeyd edək ki, oxşar epizod avqustun əvvəlində Lombardiyanın şimal bölgəsində baş verib. Burada pendir fabrikinin sahibi Cakomo Kapparini pendir rəflərinin çökməsi nəticəsində həlak olub. Xəbər verillirdi ki, anbardakı domino effekti onun üzərinə 16 min ədəd pendirin düşməsinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.